Bərdə yollarında film kimi səhnə – - VİDEO
Bizi izləyin

Nəqliyyat

Bərdə yollarında film kimi səhnə – - VİDEO

Belə görüntüləri ancaq filmlərdə görmək mümkündür deməyin. Bura Yevlax Bərdə yoludur.

Belə görüntüləri ancaq filmlərdə görmək mümkündür deməyin. Bura Yevlax Bərdə yoludur.

Qoşqusundakı ot bağlamaları yanan traktor yoluna davam edib. Daha dəhşətlisi isə budur ki, od tutmuş bağlamalar yola tökülüb.

Təxminən yarım kilometrə qədər məsafədə yolun bir hissəsi sanki od tutub yanıb. Təbii ki bu yolla heç bir avtomobil hərəkət edə bilməz. Bu səbəbdən qarşı yola çıxmaq məcburiyyətində qalan sürücülər qəza təhlükəsi ilə üz üzə qalıb.

Yola tökülən ot bağlamaları yanar vəziyyətdə olduğundan ətrafdakı ağaclar üçün də təhlükədir. Alov hər tərəfə yayıla bilər.

Maraqlıdır ki, traktorun sürücüsü belə vəziyyətdə hərəkətə niyə davam edir? Bu məsuliyyətsizliyin hüquqi qiyməti nədir? Hüquqşünas Asif Abdullayev məsələylə münasibətini bildirib. (xezerxeber)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm