Bəzi avtobusların hərəkət istiqaməti dəyişdi - - FOTO/VİDEO
Bizi izləyin

Nəqliyyat

Bəzi avtobusların hərəkət istiqaməti dəyişdi - - FOTO/VİDEO

Bu gündən etibarən 21 nömrəli marşrutun hərəkəti dəyişdirilərək “28 may” metro stansiyası – Aleksandr Sergeyivic Puşkin küçəsi – Neftçilər prospekti – Nobel prospekti – “Əhmədli” metro stansiyası olmaqla müəyyən edilib.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, avtobusların hərəkət cədvəli səhər saat 6:00-dan gecə saat 12:00-a qədərdir.

“ Bakı Nəqliyyat Agentliyi 21 nömrəli avtobus xəttinin istifadə hüququnu 3 saylı “Bakı Avtonəqliyyat Müəsissəsi”ndən alınaraq “Baku Bus”MMC-nin istifadəsinə verməklə həmin xətt üzrə ən yeni və müasir tələblərə cavab verən “İVECO” markalı, yüksək standartlara uyğun avtobusları ilə əvəz edib. 21 nomrəli “Baku Bus” avtobuslarında gediş haqqının ödənilməsi nəğd pulla deyil, yalniz BakıKart vahid ödəniş kartları ilə həyata keçirilir.
Bakı Nəqliyyat Agentliyi mütəmadi olaraq şəhər nəqliyyat sisteminin mövcud durumu barədə monitorinqlər həyata keçirir, təkrarlanan xətlərlə əlaqədar tədbirlər görür, istismara yararlı olmayan nəqliyyat vasitələrinin aşkar olunub müvafiq tədbirlərin keçirilməsini təmin edir, daimi olaraq bütün xətt üzrə daşıyıcılar qarşısında tələblər qoyur və onların icrasına nəzarət edir. Bununla əlaqədar olaraq 14 saylı marşrut xətti ilə 21 saylı marşrut xəttinin traektoriyası bəzi dayanacaqlarda təkrarlandığı üçün 14 saylı marşrut xəttinin son dayanacağı dəyişdirilərək metronun “28 May” stansiyasiyası müəyyənləşdirilib. 14 saylı marşrut xətti artıq bu gündən etibarən metronun “Xətai" stansiyasındakı dayanacağa daxil olmayacaq. Agentliyin kompleks gördüyü bütün işlər bütövlükdə şəhər nəqliyyatının optimallaşdırılması məqsədi daşıyır”.

Məlumatda bildirilib ki, müntəzəm olaraq 21 nömrəli avtobus xətti ilə bağlı metronun Əhmədli stansiyası, Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsi, Gəncə prospekti, Zığ yolu, Nobel prospekti, Həzi Aslanov qəsəbəsi, metronun Xətai stansiyası, Səməd Vurğun bağı ətrafındakı ərazilərdə yaşayan sərnişinlər tərəfindən Bakı Nəqliyyat Agentliyinə şikayətlər daxil olub.

Buna səbəb nәqliyyat vasitәlәrinin istismarı zamanı onların texniki vәziyyәtinә dair müәyyәn edilmiş tәlәblәrә riayәt edilməməsi, nәqliyyat vasitәlәrinin texniki cәhәtdәn saz vәziyyәtdә saxlanılması üçün onlara vaxtlı-vaxtında texniki xidmәt göstәrilmәməsi, texniki cәhәtdәn nasaz olan nәqliyyat vasitәlәrinin yol hәrәkәtinә buraxılması, avtobusun öz istismar müddətini tamamilə başa vurması, texniki cəhətdən yararsızlığı, avtobusun salonun natəmizliyi, oturacaqların yararlı vəziyyətdə olmaması, mühəndis konstruksiya hissələrinin tam olmamasıdır. Bakı Nəqliyyat Agentliyi tərəfindən dəfələrlə monitorinqlər keçirərək şikayətlərin əsaslı olduğu faktı öz əksini tapmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm