Nəqliyyat
Azərbaycan yol polisi unikal texnika alıb - - FOTO/VİDEO
Azərbaycan Türkiyədən polis maşınları üçün nəzərdə
tutulan xüsusi "miqalka"lar alıb.
BAKU.WS-in məlumatına görə, bu barədə "Ekin Technology" şirkətinin
rəhbəri Akif Ekin söyləyib. O bildirib ki, Azərbaycanla 400 cihaz
satişı üzrə müqavilə imzalanıb. Azərbaycanla yanaşı, Birləşmiş Ərəb
Əmirliklərindən (250), Qətər və Səudiyyə Ərəbistanından da bu
"miqalka"lar üçün sifariş verilib.
Azərbaycan artıq bir neçə aydır ki, polis maşınlarında bu tipli
xüsusi "miqalka"lardan istifadə olunur. Bu xüsusi cihazlar
avtomobilin sürətini ölçmək, avtomobilin dövlət nömrə nişanını
müəyyən etmək kimi funksiyalarla təchiz edilib. Ancaq yeni alınacaq
"miqalka"lar daha da modernləşdirilib və yeni funksiyalar əlavə
olunub. Belə ki, yeni cihazlar vasitəsi ilə üz tanımaq, silah
səsinin gəldiyi istiqaməti müəyyən etmək mümkün olacaq.
"Miqalka"lar daha dəqiq desək radar funksiyasını yerinə yetirə
bilir. Sürəti ötmüş avtomobil haqqında bütün məlumatlar qısa
zamanda cihaza ötürülür. İstehsalçı şirkətin rəhbəri bildirir ki,
bu məlumatlar cihazın yaddaşında 60 gündən çox qalır.
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı