Respublika yollarındakı SON DURUM
Bizi izləyin

Nəqliyyat

Respublika yollarındakı SON DURUM

Dağlıq rayonlarda, Ağsu aşırımı, Muğanlı-İsmayıllı yolunda buzlaşma olub.

Azərbaycanda şaxtalı hava şəraiti nəticəsində respublikanın yollarında ciddi problemlər yaranmayıb. Bu barədə "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

A.Nəcəfli bildirib ki, bir az dağlıq rayonlarda, Ağsu aşırımı, Muğanlı-İsmayıllı yolunda buzlaşma var idi: “Görülən tədbirlər nəticəsində həmin problemlər aradan qaldırılıb”.

A.Nəcəfli Bakı yollarında da ciddi problemlərin omadığını diqqətə çatdırıb. O bildirib ki, buzlaşmanın qarşısını almaq üçün xüsusən körpülərə, enişli-yoxuşlu yollara duz-qum qarışığı səpilib: “Ancaq bu, tam olaraq sürüşmənin qarşısının alınacağı demək deyil. Sürücülər özləri də bu havalara hazır olmalıdırlar. Sürücülərin idarə etdiyi avtonəqliyyat vasitələri qış rejiminə hazır olmalıdır. Avtomobillərin şinləri qış şinləri olmalıdır. Əgər sürücü avtomobili yay şini ilə sürürsə, sürüşmə ehtimalı yoxdur, deyə bilmərik və bu halda əlbəttə ki, sürüşmə ehtimalı var”.

A.Nəcəfli əlavə edib ki, ötən gecədən başlayaraq soyuq şaxtalı hava şəraiti səbəbindən “Azəravtoyol” gücləndirilmiş iş rejiminə keçib. “Biz hər payız-qış mövsümündə gücləndirilmiş iş rejiminə keçirik. Bununla əlaqədar öncədən tədbirlər planı hazırlanır. Soyuq hava şəraitində, qar yağanda xüsusi ilə nəzarət gücləndirilir. Bütün texnikalar hazır vəziyyətə gətirilir, qum-duz ehtiyatı toplanır”. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm