Yollardakı son vəziyyət: XƏBƏRDARLIQ - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Nəqliyyat

Yollardakı son vəziyyət: XƏBƏRDARLIQ - VİDEO (YENİLƏNİB)

Bakı-Ələt avtomobil yolu buz bağladı

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Publika.az-a bildirib ki, artıq Bakı-Ələt yolunda hərəkət bərpa edilib: “Bakı-Ələt avtomobil yolunun 14-15-ci kilometrliyində gecə saatlarında buzlaşma müşahidə edilib. Buzlaşma əsasən, Qaradağ rayonu ərazisində müşahidə olunub. Bu gün səhər saatlarında aidiyyəti qurum əməkdaşları ərazidə iş aparıb. Artıq yolda hərəkət tam bərpa edilib”.

K.Əliyev onu da vurğulayıb ki, respublikanın bütün avtomobil yolları açıqdır: “Hazırda Quba, Xaçmaz, Qusar, Şəki, Zaqatala, Balakən, Qax və Ağdaşda qar yağır. Bəzi rayonlarda isə yağış, çiskin, dumanlı hava müşahidə edilir. Lakin buna baxmayaraq heç bir yolda buzlaşma müşahidə olunmur. Bununla yanaşı sürücülərə bildiririk ki, mövcud hava şəraiti, meteoroloqların xəbərdarlığı nəzərə alınaraq gecə saatlarında yol çıxmasınlar. Gündüz saatlarında yağan qar və yağış səbəbində gecə yollar buz bağlaya bilər. Sürücünün ani diqqətsizliyi eniş və yoxuşlarda qəza ilə nəticələnə bilər. Ona görə də yola çıxmaq istəyən sürücülər bunu gec saatlara saxlamasınlar”.

***

Azərbaycanda şaxtalı hava şəraiti nəticəsində avtomobil yollarında bir sıra problemlər yaranıb.

Publika.az trend-ə istinadən xəbər verir ki, ötən gecə Bakı-Ələt avtomobil yolu buz bağlayıb, səhər saatlarında yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakı-Ələt yolunun 13-14-cü km-dən görüntüləri təqdim edirik:

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm