Metroda İLK - FOTO
Bizi izləyin

Nəqliyyat

Metroda İLK - FOTO

Metroda ilk

“Nizami” stansiyasında ilk dəfə irihəcmli əsaslı təmir işləri aparılır. Məqsəd mozaik pannoların keyfiyyətli mühafizəsini təmin etmək, korroziyaya məruz qalan konstruksiyaların dəyişdirilməsidir.

Bu barədə Publika.az-a “Bakı Metropoliteni”QSC-dən verilən məlumata görə,stansiyanın hər iki qatar yolunun divarları tam təmir olunaraq istifadəyə verilib. Hazırda platforma səviyyəsində və platformaaltı hissədə təmir işləri aparılır.
“Nizami” stansiyasında ilk dəfədir ki, bu miqyasda əsaslı təmir işləri aparılır. Qeyd edək ki, stansiya mürəkkəb hidrogeoloji şəraitdə tikilib. 1976-cı ildə istifadəyə verilmiş dərinözüllü stansiya həmçinin aqressiv sularla əhatə olunub. Elə bu səbəbdəndir ki, axıntılar nəticəsində dəmir-beton konstruksiyalar korroziyaya məruz qalır.

Korroziyaya məruz qalan ərazi, sadəcə, tunel deyil. Platforma divarlarında və platformaaltı sahələrdəki konstruksiyalarda da bu hal müşahidə edilir. Uzun müddətdir istifadədə olan platforma divarlarının mərmər örtüyü və stansiyanı bəzəyən Nizami Gəncəvinin əsərlərindən ibarət mozaik pannolarda da qopma təhlükəsi yaranıb. Bu, həm də sərnişinlər üçün təhlükə yaradırdı.
Stansiyada aparılan təmir işlərinin əsas məqsədi məhz Nizami Gəncəvinin əsərlərindən ibarət mozaik pannoların elementlərində əmələ gələn qopmaların və platforma divarlarındakı mərmər üzlüklərin düşmə təhlükəsinin qarşısını almaq, korroziyaya məruz qalan konstruksiyaların dəyişdirilməsindən ibarətdir.
Bundan başqa, stansiyada havalandırmanı yaxşılaşdırmaq məqsədilə platformaaltı xidməti otaqların divarları sökülür. Stansiyanın baş tərəfində işçilər üçün daha yaxşı şəraitli xidməti otaqlar tikilir. Korroziyaya məruz qalmış bütün konstruksiyalar dəyişdiriləcək. Stansiyanın tavan hissəsi də sökülərək yenidən qurulacaq, divarlardakı mərmər örtük yenilənəcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm