Bakıda tıxacların qarşısı belə alınacaq
Bizi izləyin

Nəqliyyat

Bakıda tıxacların qarşısı belə alınacaq

Bakıda tıxacların qarşısı belə alınacaq

“Paytaxtın mərkəzi hissəsində tıxacların yaranmasının minimuma endirilməsi üçün Nəqliyyat Mübadilə Mərkəzləri yaradılır”.

Publika.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin rəhbəri Vüsal Kərimli qurumun yaradılmasının 1 illiyinə həsr edilən tədbirdə deyib.

Onun sözlərinə görə, ilk belə mərkəzin metronun “Koroğlu” stansiyası yaxınlığda yaraılıb: “Bu mərkəz həmin istiqamətdə ətraf kənd və qəsəbələrdən gələn marşrut avtobuslarının şəhərmərkəzinə girişi məhdudlaşdırılıb. Artıq “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dayanacaq məntəqələrinin quraşdırılmasına başlanılıb. Gələcəkdə “Avtovağzal”, “Dərnəgül”, “28 May” metro stansiyaları və “Lökbatan dairəsi” ətrafında da Nəqliyyatı Mübadilə Mərkəzilərinin yaradılması nəzərdə tutulub”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm