Əsas avtomagistrallarda sürət həddi aşağı salındı
Bizi izləyin

Nəqliyyat

Əsas avtomagistrallarda sürət həddi aşağı salındı

Bakının əsas avtomagistrallarında sürət həddi aşağı salınıb.

Faktiki hava şəraiti ilə əlaqədar olaraq paytaxtın bir sıra magistrallarında sürət həddi dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən "Report"a verilən məlumata görə, Bakının əsas avtomagistrallarında - Heydər Əliyev prospekti - Hava limanı istiqamətində eləcə də Nobel prospekti - Zığ yolu-Hövsan istiqamətlərində bütün zolaqlar üzrə surət həddi 20 km/ saat aşağı salınıb.

Məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm