Bu stansiyada eskalator təmirə dayanır
Bizi izləyin

Nəqliyyat

Bu stansiyada eskalator təmirə dayanır

Eskalatorun aprel ayında yenidən istismara verilməsi nəzərdə tutulub.

Bakı Metropoliteninin "Həzi Aslanov" stansiyasında "ET-5M" markalı 3 saylı eskalator fevral ayının 15-də əsaslı təmirə dayandırılacaq.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, təmir işləri qaçış məsafəsi təlimat tələblərində göstərilmiş son texniki norma həddinə çatdığı üçün və eskalatorların istismar qaydalarına uyğun olaraq aparılır.

Eskalatorun aprel ayında yenidən istismara verilməsi nəzərdə tutulub.

Bu müddət ərzində sərnişinlər digər iki eskalatorun xidmətindən istifadə edə biləcəklər.

"Bakı Metropoliteni" QSC müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm