Marşrut xətti üzrə müsabiqə elan olundu - ŞƏRTLƏR
Bizi izləyin

Nəqliyyat

Marşrut xətti üzrə müsabiqə elan olundu - ŞƏRTLƏR

Marşrut xətti üzrə müsabiqə elan olundu

125 nömrəli müntəzəm şəhərdaxili marşrut xəttinin müvəqqəti istismara çıxarılması ilə bağlı müsabiqədə iştirak qaydaları açıqlanıb.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, müsabiqədə qanunvericiliyin tələblərinə uyğun sərnişindaşıma fəaliyyəti göstərməsi üçün maddi texniki bazası və müvafiq işçi heyəti olan hüquqi şəxslər və fərdi sahibkarlar iştirak edə bilər.

İştirak etmək istəyənlər müsabiqədə iştirak etmək üçün müəyyən olunmuş formada yazılı ərizə, iddiaçının tam adı, fərdi sahibkarlar üçün şəxsiyyət vəsiqəsinin, hüquqi şəxslər üçün nizamnaməsinin, vergi ödəyicisinin uçota alınması haqqında rekvizitlərin surəti, müsabiqə sənədləri paketinin tərtib edilməsinə çəkilən xərclərin əvəzi olan haqqın ödənilməsinə dair bank sənədini təqdim etməlidir.

İddiaçılar müsabiqədə iştirak etmək üçün sənədləri 28 fevral saat 17:00-a qədər tarixə qədər, müsabiqə təklifləri zərflərini isə 15 mart saat 12:00-a qədər Bakı şəhəri Ziya Bünyadov 111, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri Bakı Nəqliyyat Agentliyinin inzibati binasında 17.03.2017-ci il tarixində müsabiqə komissiyası tərəfindən açılacaqdır. İddiaçıların və onların notarial qaydada təsdiqlənmiş sənədlə müvəkkil etdiyi səlahiyyətli nümayəndələri komissiyanın iclasında iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyənlər 500 manat məbləğdə müsabiqə sənədləri paketinin tərtib edilməsinə çəkilən xərclərin əvəzi olan haqqı göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri Ziya Bünyadov 111 ünvanından (Əlaqələndirici şəxs: Vəliyev Natiq, telefon: 404-41-20 ( daxili 2029) ala bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm