Bakı-Şamaxı-Yevlax yolunda hərəkət çətinləşdi
Bizi izləyin

Nəqliyyat

Bakı-Şamaxı-Yevlax yolunda hərəkət çətinləşdi

Hazırda yolda avtomobillərin hərəkətinin bərpası üçün təmizləmə işləri aparılır.

Qeyri-sabit hava şəraiti Bakı-Şamaxı-Yevlax yolunda avtomobillərin hərəkətini çətinləşdirib.

Səhər saatlarında yolun qarla örtülməsi magistralda avtomobillərin hərəkətinə mane olub. Yolun bəzi hissələri buz bağlayıb. Qarın yağması yolun 150-ci kilometrliyində - Ağsu dolaylarında avtomobillərin hərəkətini məhdudlaşdırıb.

Hadisə yerinə Ağsu və Şamaxı Yol İstismar İdarələrinin canlı qüvvə və texnikaları cəlb edilib. Hazırda yolda avtomobillərin hərəkətinin bərpası üçün təmizləmə işləri aparılır. (trend)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm