Qarda sürüşənlər vəzifəli ŞƏXSİ ÖZÜNDƏN ÇIXARTDI: "Dizə kimi..."
Bizi izləyin

Nəqliyyat

Qarda sürüşənlər vəzifəli ŞƏXSİ ÖZÜNDƏN ÇIXARTDI: "Dizə kimi..."

Qarda sürüşənlər vəzifəli ŞƏXSİ ÖZÜNDƏN ÇIXARTDI

Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq “Azəravtoyol” ASC-nin əməkdaşları yollarda yaranan problemləri aradan qaldırmağa çalışıb. ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli mütəmadi olaraq sosial şəbəkə vasitəsilə görülən işlər barədə məlumat paylaşıb, mətbuatı məlumatlandırıb. Lakin görülən tədbirlərə baxmayaraq hələ də hazırlıqsız sürücülərin yola çıxması, medianın qarla bağlı yollarda yaranan problemlərə toxunması qurumun mətbuat xidmətinin rəhbərinin etirazına səbəb olub. Başqa sözlə, qarın təmizlənməsinə baxmayaraq, hələ də sürüşənlərin olması A.Nəcəflini özündən çıxarıb. Odur ki, mətbuat xidmətinin rəhbəri bunu sakit qarşılaya bilməyib və kəskin etirazını dilə gətirib.

“Belə başa düşürəm ki, nə qədər iş görülsə də, sürücülərə nə qədər səslənsək də hazırlıqlı olun, yoxsa sürüşəcəksiniz bir xeyri yoxdur! Onsuz da qulaq asan yoxdur, yollar təmizlənir ancaq yenə də sürüşürlər, gedə bilmirlər, hamı da yazır işləmirlər, texnika gözə görünmür və sair. Doğurdan da Bakıya qar yaraşmır! Bir böyük "tent" olsaydı, çəkərdik şəhərin üstünə ki, ümumiyyətlə, heç nə yağmasın! Artıq jurnalistlər işləmək üçün başqa mövzu axtarsınlar, mən də dizə kimi su olmayım və başım da dinc olsun!", - deyə A.Nəcəfli bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm