Nəqliyyat
"Bu yola girmisənsə, mütləq təmirə getməlisən" - - FOTO/VİDEO
Yevlax-Zaqatala -Gürcüstan magistralı keçilməz labirinti
xatırladır.
Publika.az xəbər verir ki, ötən əsrin 70-ci
illərindən bəri təmir görməyən bu yol sürücülər üçün əsl kabusa
çevrilib.
Faiq Mustafayev - Sürücü: "Bu yola girmisənsə,
mütləq təmirə getməlisən. Gedib gəlmək olmur. Əziyyət çəkirik. Hər
yeri yamaqdır".
Əvvəllər bu yolda avtomobil əlindən hərəkət etmək mümkünsüz idi.
Ancaq son zamanlar yol o qədər dağılıb ki, çox məcbur olmayanlar bu
magistraldan istifadə etmir. İstifadə edənlər də 1 saatlıq yolu 3
saata başa vura bilir.
Əslində magistral yolda mütəmadi olaraq cari təmir işləri aparılır.
Bu isə ancaq yoldakı çalaları örtməyə yarayır. Yol istismar
müddətini başa vurduğu üçün çökmələr yaranır.
Azəravtoyol ASC-dən verilən məlumata görə isə artıq magistral yolun
yenidən qurulması istiqamətində işlərə başlanılıb.
Yenidənqurma işlərinin aparılması üçün hazırlanan layihənin
üzərindən 8 il keçdiyi üçün dəyişiklər edilməsi də nəzərdə tutulur.
Yolun təmirinə nə zaman başlanacağı isə dəqiq bəlli deyil. (ARB
Şəki)
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ