Bu gün bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bizi izləyin

Nəqliyyat

Bu gün bu yollarda hərəkət məhdudlaşdırılacaq

Bu gün ərzində 4 ərazidə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq.

Bu gün ərzində 4 ərazidə hərəkət qismən və ya tam məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, buna səbəb qurum tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsidir.

Bununla əlaqədar olaraq bu gün saat 11:00-dan axşam saatlarınadək Suraxanı rayonu, Heydər Əliyev prospekti "Suraxanı yol qovşağı"nda, həmçinin Səbail rayonu, Azneft dairəsi - Bayraq Meydanı istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Bundan başqa axşam saat 22:00-dan səhər saatlarınadək isə Nəsimi rayonu, Kövkəb Səfərəliyeva və Dilarə Əliyeva küçələrində də anoloji işlər aparılacaq. Bu səbəbdən sözügedən küçələrin bəzi hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq, bəzi ərazilərdə isə rənglənmə işlərinin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməkləri və aparılan işlərə anlayışla yanaşmaqları xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm