Daha bir küçədə hərəkət məhdudlaşdırıldı
Bizi izləyin

Nəqliyyat

Daha bir küçədə hərəkət məhdudlaşdırıldı

"Azəravtoyol" ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur

Yusif Səfərov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır.

“Azəravtoyol”ASC-dən Publika.az-a verilən məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.

“Məhdudlaşdırma aprel ayının 3-dən 4-nə keçən gecədən etibarən və təmir işləri bitənədək tətbiq ediləcək. Alternativ olaraq sürücülər Babək prospekti-Fəzail Bayramov küçəsi-Xocalı prospekti-Afiyəddin Cəlilov küçəsi, həmçinin Babək prospekti-Nəcəfqulu Rəfiyev küçəsi-Afiyəddin Cəlilov küçəsi istiqamətlərindən istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə, "Azəravtoyol" ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm