Nəqliyyat
Bakıda mərkəzi yolların bağlanması nəqliyyatın hərəkətini iflic etdi
Bakı şəhərinin bəzi yollarında nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyət ciddi tıxaca səbəb olub.
Heydər Əliyev, Babək prospektlərində, Yusif Səfərov, Koroğlu Rəhimov, Nəcəfqulu Rəhimov, Afiyəddin Cəlilov və bir sıra digər küçələrdə nəqliyyatın hərəkəti iflic olub.
Ötən gün "Azəravtoyol" ASC-nin yaydığı məlumatda bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır. Məhdudlaşdırma aprel ayının 3-dən 4-ə keçən gecədən etibarən və təmir işləri bitənədək tətbiq ediləcək. Qurum alternativ olaraq sürücülərə Babək prospekti - Fəzail Bayramov küçəsi - Xocalı prospekti - Afiyəddin Cəlilov küçəsi, həmçinin Babək prospekti - Nəcəfqulu Rəfiyev küçəsi - Afiyəddin Cəlilov küçəsi istiqamətlərindən istifadəni tövsiyə edib.
Bu gün saat 09:00 olan məlumata əsasən, təmir işləri başa
çatmayıb. Belə ki, Heydər Əliyev prospektindən Yusif Səfərov
küçəsinə gedən yol (Babək prospektinə və Sergey Senyuşkin küçəsinə
aparan körpünün sağ və solu - red.) bağlıdır. Yusif Səfərov
küçəsinə daxil olmaq istəyən sürücüləri "Azəravtoyol" ASC
tərəfindən quraşdırılan "Müvəqqəti narahatlığa görə üzr istəyirik"
yazısı olan plakat qarşılayır. Sürücülər məcburən yuxarıda qeyd
edilən alternativ yollara üz tutur. Bu yolların ötürücülük
qabiliyyəti isə tıxaca tab gətirmək iqtidarında deyil. Dövlət Yol
Polisinin ərazidə işləyən inspektorlarının hərəkəti tənzimləmək
cəhdləri də tıxacın azalmasına ciddi təsir etmir.
Yeri gəlmişkən, ötən gün axşam saatlarında Bakı Nəqliyyat
Agentliyinin (BNA) yaydığı məlumatda deyilib ki, Yusif Səfərov
küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhər mərkəzi
istiqamətinə olan hissəsində aparılan təmir işləri ilə əlaqədar
nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından, həmin
yoldan keçən marşrut xətlərinə də müvəqqəti dəyişiklik edilib.
Dəyişikliyə əsasən H1 (Ekspress xətt) 1, 2, 4, 21, 32 və 46 nömrəli
marşrut xətləri üzrə avtobuslar təmir işləri bitənə qədər,
alternativ olaraq Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi,
Afiyəddin Cəlilov küçəsi, Fəzail Bayramov küçəsi və İzzət Orucov
küçəsindən keçməklə hərəkət istiqamətinə davam edəcəklər.
Beləliklə, ictimai nəqliyyat vasitələrinin bu yollara
yönləndirilməsi tıxacın daha da böyüməsinə səbəb olur. (apa)
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO