Nəqliyyat
AA seriyalı nömrələri kimlər ala bilər? - AÇIQLAMA
İdarə etdiyi avtomobildə AA seriyalı nömrə nişanının olmasını bəzi sürücülər prestij hesab etsə də, buna adi yanaşanlar da az deyil.
Bəs AA seriyalı nömrələr kimlərə verilir? Adi vətəndaşlar bu seriyadan olan nömrəni necə ala bilərlər?
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev Modern.az-ınbu suallarına cavab verib.
Kamran Əliyev deyib ki, əlifbanın ilk hərifi ilə başlayan AA seriyalı nömrə nişanları yalnız dövlət orqanlarına məxsusu avtomobillərə deyil, həm də hüquqi şəxslərə verilir.
“Bu seriyalı maşınlar həm özəl, həm də dövlət sektoruna
məxsusdur. Yəni AA seriyası hamının zənn etdiyi kimi, yalnız dövlət
orqanlarına məxsus olan avtomobillərə aid qeydiyyat nişanı deyil.
Bu, şərti olaraq ona görədir ki, hüquqi və fiziki şəxslərə verilən
nəqliyyat vasitələrinə aid dövlət qeydiyyat nişanlarını
müəyyənləşdirmək mümkün olsun. Burada konkret olaraq A,B,C
hərflərinin olması mütləq deyil. Bir çox hərflərlə başlayan
seriyalar var ki, onlar da hüquqi şəxslərə məxsusdur. Bu, elə bir
ciddi önəm daşımır. Sadəcə belə qəbul olunub ki, AA, AB, AC
seriyası hüquqi şəxslərə məxsus nəqliyyat vasitələri üçün nəzərdə
tutulub. Digər hərflərlə başlayanlar isə fiziki şəxslər üçün
nəzərdə tutulub”.
Şöbə rəisi həmçinin bildirib ki, adi vətəndaşlar - fiziki şəxslər
bu seriyadan olan nömrəni ala bilməzlər.
“Amma istənilən hüquqi şəxsə bu nömrə verilə bilər. Eyni zamanda, dövlət orqanında çalışan dövlət qulluqçularının xidməti maşınlarına da AA seriyalı nömrə nişanı verilir. Çünki konkret olaraq bu seriyaların hüquqi şəxslərə verilməsi nəzərdə tutulub. Ona görə fiziki şəxs istəsə də, AA seriyalı nömrə ala bilməz”.
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO