Bakı-Gəncə-Bakı qatarı ləğv edilir
Bizi izləyin

Nəqliyyat

Bakı-Gəncə-Bakı qatarı ləğv edilir

Sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur.

Bakı-Gəncə sahəsində dəmir yolunun əsaslı təmiri ilə bağlı 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarının hərəkət cədvəlindən çıxma halları baş verir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Publika.az-a verilən məlumata görə,belə hallar isə sözügedən qatarın mənzil başına çatmasında gecikmələr yaradır. Bu səbəbdən də 608/607 nömrəli Bakı-Gəncə-Bakı ekspress qatarında sərnişin sıxlığının çox aşağı olması müşahidə olunur.

Bununla əlaqədar olaraq, iqtisadi cəhətdən səmərəli olmadığına görə 7 aprel 2017-ci il tarixindən etibarən Bakıdan, 8 aprel 2017-ci il tarixindən etibarən isə Gəncədən 608/607 nömrəli Bakı-Gəncə-Bakı “Ekspress” qatarı ləğv edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm