“Azəravtoyol”un 74 yaşlı əməkdaşı beynəlxalq yarışda birinci oldu - FOTO
Bizi izləyin

Nəqliyyat

“Azəravtoyol”un 74 yaşlı əməkdaşı beynəlxalq yarışda birinci oldu - FOTO

1-ci yerə layiq görülüb. 

“Azəravtoyol” ASC-nin 74 yaşlı əməkdaşı beynəlxalq yarışda birinci oldu.

Qurumdan Publika.az-a verilən məlumata görə, “Azəravtoyol” ASC-nin Yolların İstismarı Proqramı layihəsində Texniki Dəstək üzrə məsləhətçi vəzifəsində çalışan 74 yaşlı Robert C.Butler Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən Beynəlxalq Tratilon Çempionatında ən yaşlı iştirakçı olaraq 1-ci yerə layiq görülüb.

Robert C.Butler bu nailiyyəti 1500 metr məsafəyə üzməklə, 40 km məsafəni velosipedlə qət etməklə və 10 km məsafəyə qaçmaqla əldə edib. O, bunu 70 yaşdan yuxarı iştirakçılar arasında 2 saat 56 dəq 17 saniyə göstəricisi ilə yerinə yetirməyə müvəffəq olub. Bu nəticə ilə 60 yaşdan yuxarı iştirakçılar arasında isə 11-ci olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm