Sabahdan bu küçədə hərəkət məhdudlaşır
Bizi izləyin

Nəqliyyat

Sabahdan bu küçədə hərəkət məhdudlaşır

Hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Binəqədi rayonu İbrahimpaşa Dadaşov küçəsində sabahdan etibarən avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, məhdudiyyət aparılan təmir işləri ilə əlaqədardır: “Qismən məhdudlaşma təmir işlərinin aparıldığı ərazilər üzrə tətbiq ediləcək. Küçənin digər hissələrində hərəkət açıq olacaq. Sözügedən küçədə sıxlığın yaranmaması üçün sürücülərdən təmir işləri bitənədək alternativ olaraq digər küçələrdən istifadə etmələri tövsiyyə olunur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm