Azərbaycanın tikinti müəssisələrində 12,1 min maşın var
Bizi izləyin

Nəqliyyat

Azərbaycanın tikinti müəssisələrində 12,1 min maşın var

Ötən il ərzində 1 220 maşın tam amortizasiya olunub.

Bu il yanvarın 1-i vəziyyətinə ölkənin tikinti müəssisələrində 12 099, o cümlədən dövlət müəssisələrində 5 207, qeyri-dövlət müəssisələrində 6 892 tikinti maşını olub.

Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ötən il ərzində 1 220 maşın tam amortizasiya olunub, onlardan 506-sı istismara yararsız olduğuna görə silinib.

Keçən ildə tikinti müəssisələri tərəfindən 196 ədəd müxtəlif növ tikinti maşını alınmışdır ki, onların 97-ni yükünü özüboşaldan avtomobillər, 37-ni asfalt döşəyənlər, 21-ni yolbasan maşınlar, 41-ni isə digər növ tikinti maşınları təşkil edib.

Tikinti maşınlarının 8,8%-i Naxçıvan Muxtar Respublikasında, 64,4%-i Bakı şəhərində, 7,8%-i Aran, 7,0%-i Abşeron, 4,3%-i Gəncə-Qazax, 7,7%-i isə digər iqtisadi rayonlarda cəmlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm