• USD 1,7000 0,00% EUR 2,0083 +0,11%
    • GBP 2,2201 +0,07% RUB 0,0233 +0,86%

Bu prospektdə hərəkət məhdudlaşır

Bu prospektdə hərəkət məhdudlaşır

Bu gün axşam saatlarınadək Nizami rayonu, Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsinə düşən avtomobil körpüsünün üzərində rəngləmə işləri aparılacaq.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, axşam saat 22:00-dan başlayaraq səhər saatlarınadək isə rənglənmə işləri Nərimanov və Xətai rayonları, "Ramstore" yol qovşağında (10-cu zavod dairəsi) aparılacaq.

Rənglənmə işlərinin aparıldığı ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq. Məhdudlaşdırma işlərin aparıldığı zolaqlar üzrə tətbiq ediləcək. Digər zolaqlar üzrə isə hərəkət açıq olaraq qalacaq.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını tövsiyə edir.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR