Bakıda bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bizi izləyin

Nəqliyyat

Bakıda bu yollarda hərəkət məhdudlaşdırılacaq

"Azəravtoyol” sürücülərə hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməklərini tövsiyə edir.

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri çərçivəsində bu gün axşam saatlarınadək Hənifə Ələsgərov küçəsində rənglənmə işləri aparılacaq.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindən Publika.az-a verilən məlumata görə, sözügedən küçədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Axşam saat 22:00-dan başlayaraq səhər saatlarınadək isə rənglənmə işləri Qara Qarayev prospektinin Məhəmməd Hadi küçəsinə doğru olan istiqamətində, Atatürk prospektinin isə Naxçıvani küçəsinədək olan hissəsində aparılacaq.

Rənglənmə işlərinin aparıldığı ərazilərdə avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və hərəkət istiqamətlərinə uyğun alternativ yollar seçməklərini tövsiyə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm