Bu küçə və prospektlərdə hərəkət məhdudlaşır
Bizi izləyin

Nəqliyyat

Bu küçə və prospektlərdə hərəkət məhdudlaşır

Hərəkəti tam və qismən məhdudlaşdırılacaq.

Bu axşam 22:00-dan etibarən Parlament prospekti, Lermontov, Teymur Elçin və Mehdi Hüseynzadə küçələrində, həmçinin Xətai rayonu Ələddin Quliyev küşəsi, Ramstore yol qovşağı və Heydər Əliyev Mərkəzinin yanında da avtonəqliyyat vasitələrinin hərəkəti tam və qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC tərəfindən Publika.az-a verilən məlumata görə, məhdudiyyətə səbəb Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə, piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri ilə əlaqədardır.

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. "Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm