Nəqliyyat
Nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınma qaydaları dəyişdirilir
Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınma qaydaları dəyişdirilir.
Trend-in məlumatına görə, bu barədə məsələ "Yol hərəkəti haqqında" qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması üçün yeni tələblər irəli sürülür. Qanuna əlavə edilməsi təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsi dövlət qeydiyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir.
Təklif edilən dəyişikliyi Trend-ə şərh edən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, hazırkı qanunvericiliyə əsasən nəzərdə tutulub ki, Azərbaycanda avtomobil alınıb-satılarkən və yaxud da təzə və ya köhnə avtomobil xaricdən gətirilərkən təkrar və ya ilk dəfə dövlət qeydiyyatına alınması üçün texniki müayinədən keçirilir:
"Texniki müayinə odur ki, avtomobilin mühərrik, ban və şassi nömrələri, habelə rəngi tutuşdurulur və hər şey qaydasındadırsa, həmin avtomobil dövlət qeydiyyatına alınır. Ancaq avtomobil təkrar və ya ilk dəfə dövlət qeydiyyatına alınan zaman avtomobilin həm də texniki baxışdan keçirilməsi tələb olunur. Qanunda isə təkrar və ya ilk dəfə dövlət qeydiyyatına alınma zamanı texniki baxış məcburi olmadığı üçün sürücülər bu tələbə etiraz edirlər. Yeni dəyişikliyə əsasən isə, avtomobilin təkrar və ya ilk dəfə dövlət qeydiyyatı zamanı mühərrik, ban və şassi nömrələri, habelə rəng tutuşdurulmaqla yanaşı, texniki baxış da keçiriləcək. Qanuna təklif olunan bu dəyişikliyə əsasən, əgər avtomobil bu il texniki baxışdan keçirilməlidirsə və nəqliyyat vasitəsi satılan tarixə qədər keçirilməyibsə, bu halda polis texniki baxışdan keçirməyi də qanunla tələb edəcək".
Qeyd edək ki, təklif edilən dəyişiklik Milli Məclisin aprelin 25-də keçiriləcək növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub