• USD 1,7000 0,00% EUR 2,0120 0,00%
    • GBP 2,2300 0,00% RUB 0,0232 0,00%

Masallı-Yardımlı avtomobil yolunun sürüşən hissəsi təmir edildi - FOTO

Masallı-Yardımlı avtomobil yolunun sürüşən hissəsi təmir edildi - FOTO

İntensiv yağan yağışlar nəticəsində sürüşmə baş vermiş Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrlik hissəsi əsaslı şəkildə bərpa olunub.

“Azəravtoyol”ASC-dən Publika.az-a verilən məlumata görə, aparılmış bərpa işləri çərçivəsində uzunluğu 52 metr, eni isə 10 metr olan yolun 0.8-1 metr dərinliyinə qədər çökmüş hissəyə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb. Kipləşdimə işlərindən sonra yola 2 qat olmaqla (7+5 sm) yeni asfalt-beton örtüyü döşənib. Ümümilikdə sözügedən hissənin 1750 m2 sahəsi asfaltlanıb. Bərpa işləri çərçivəsində zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Bununla da Masallı-Yardımlı yolunun qeyd olunan hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkəti təmin olunub.

Xatırladaq ki, Masallı-Yardımlı avtomobil yolunun 17-ci km-də sürüşmə hadisəsi 2015-ci ilin sonlarında baş verib. Həmin vaxt sürüşən yola paralel olaraq 400 metr uzunluğunda alternativ yol salınmışdı

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR