Nəqliyyat
Şuşaya gedən yol GÖRÜNDÜ - FOTO/VİDEO
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq strateji əhəmiyyətə malik Cocuq Mərcanlı yolunun “Azəravtoyol” ASC tərəfindən yenidən qurulması işləri sürətlə davam etdirilir.
“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi artıq son mərhələdədir.
Ümumi uzunluğu 9 km, layihə üzrə eni 12 metr təşkil edən avtomobil yolunun hazırda 8 km-ə yaxın hissəsinə asfalt - beton örtüyünün ilk qatı döşənib. Qalan hissədə isə aparılan torpaq işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə qalan hissənin də asfaltlanması nəzərdə tutulub. Ümumilikdə isə 2 qat olmaqla yolun 68 min m2 sahəsi asfaltlanacaq.
Asfaltlanma işlərinə qədər yolun 5 km-lik hissəsində bərpa işləri, 4 km-lik hissəsində isə yenidənqurma işləri aparılıb. Tikinti işləri zamanı zəruri olan yerlərdə 9 ədəd su keçidi tikilib, 1 ədəd 2 aşırımlı mövcud avtomobil körpüsünün bərpası işləri görülüb. Sözügedən körpünün uzunluğu 24 metr, eni isə 10 metrdir.
Layihə çərçivəsində yol 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət zolağından ibarətdir. Hərəkət hissəsinin eni 7.5 metr, hər bir istiqamət üzrə isə çiyinlərin eni isə 1.5 metr təşkil edir.Tikinti işləri yekunlaşandan sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri də aparılacaq.
Qeyd edək ki, yeni salınan avtomobil yolu Cocuq Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin - Qazaxlar, Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin sakinlərinin gediş-gəlişinin rahatlaşdırmasına hesablanıb.
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO
-
MDB23 Aprel 23:12
Şoyqunun müavini SAXLANILDI - Külli miqdarda rüşvət alıb