Nəqliyyat
Kamran Əliyev: "Texniki nasaz avtomobillər qeydiyyata alınmayacaq"
Artıq texniki nasaz olan avtomobillər dövlət qeydiyyatına alınmayacaq.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliyə münasibət bildirərkən məlumat verib.
K.Əliyev bildirib ki, qanunvericiliyə əsasən, indiyə qədər avtomobil nasaz olsa da qeydiyyata alınmalı idi:
“Qanunvericilikdə texniki vəziyyətindən asılı olmayaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması göstərilirdi. Avtomobil texniki cəhətdən nasaz olsa da, onu qeydiyyata almamağa səlahiyyətimiz yox idi. Bu dəyişiklik onu göstərir ki, nəqliyyat vasitəsi texniki baxışdan keçməmiş avtomobildirsə, texniki cəhətdən nasazdırsa, qeydiyyata alınmayacaq. Avtomobilin yeni sahibi isə nəqliyyat vasitəsini texniki nasaz vəziyyətdə istifadə edə bilməyəcək. Avtomobil yalnız saz vəziyyətə gətiriləndən sonra qeydiyyata alınacaq”.
Qeyd edək ki, Milli Məclisin plenar iclasında "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir.
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO
-
Maraq dünyası28 Mart 20:15
"Tarqovı"da çiy ətdən libas geyinən qızdan QƏRİBƏ HƏRƏKƏTLƏR - VİDEO