"Başkəsən" taksi sürücüləri YANDI: YENİ ŞƏRTLƏR
Bizi izləyin

Nəqliyyat

"Başkəsən" taksi sürücüləri YANDI: YENİ ŞƏRTLƏR

Bakıda taksi xidmətində vahid tarif tətbiq ediləcək. Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan layihənin qeyri-qanuni taksi fəaliyəti, qarlı havada süni qiymət artımı kimi problemləri aradan qaldıracağı, həmçinin taksi xidmətində rəqabət mühiti yaradacağı bildirilir.

Lakin ekspertlər vahid tarif məsələsinin rəqabət mühiti formalaşdıracağı ilə bağlı fikirlərlə razılaşmır. Yəni iki taksi şirkəti eyni qiymətə xidmət göstərəcəksə, o zaman şirkətlərin rəqabəti necə yaranacaq. Çünki qiymət eyni olduğundan müştəri üçün şirkət fərqi də olmayacaq. Əlbəttə, müştərinin önəm verəcəyi növbəti məqam xidmət ola bilər ki, bunun da ciddi rəqabət mühiti yaradacağı real görünmür.

İqtisadçı ekspert Vüqar Bayramov bu yeniliyin rəqabət mühitini boğacağını deyir: “Taksi xidmətlərinə vahid tarifin tətbiq edilməsi doğru addım deyil. Bu, taksi xidmətlərinin məhdudlaşmasına, şirkətlər arasındakı rəqabətin azalmasına səbəb olacaq. Bütün bunlar isə taksi şirkətlərinin bağlanmasına gətirib çıxardacaq. Əgər tarifin müəyyən edilməsi labüddürsə, bu zaman vahid tarifin yox, maksimum tarifin müəyyənləşdirilməsi lazımdır ki, taksi sürücüləri və şirkətləri maksimum olaraq hansı tariflə xidmət göstərdikləri barədə öz xidmətlərini təklif edə bilərlər. Bu zaman taksi xidməti ilə məşğul olan sürücü və şirkətlərə rəqabət imkanı verilmiş olar”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev hazırladıqları layihənin detallarını açıqlayıb. O, bu yeniliyin taksi şirkətləri arasında yaradacağı rəqabət mühitinə toxunub: “Yniliyin taksi bazarında manopoliya yaradacağı, sağlam rəqabəti aradan qaldıracağı ilə bağlı fikirlərlə razı deyilik. Çünki Bakı Nəqliyyat Agentliyinin taksi xidməti üçün hazırladığı layihənin əsas məqsədi bu sahədə mövcud rəqabət mühitini daha da sağlamlaşdırmaqdır. Məqsədimiz bu sahəni müasir tələblər səviyyəsində qurmaq, həm sərnişin, həm də sürücülərə sərf edən sistem yaratmaqdır. Bu gün nisbətən ucuz xidmət göstərən taksilər var. Lakin onların göstərdiyi xidmət, nə şəhərimizin müasir inkişafı, nə də əhalinin təlabatına uyğun gəlir. Çünki xidmətləri aşağı, nəqliyyat vasitələri köhnədir. Bundan başqa, sürücüləri şəhəri yaxşı tanımır, müasir naviqasiya xidmətindən istifadə etmirlər. Müasir taksi xidmətinin yaradılması, onun da tərkib hissəsi olaraq vahid tarifin tətbiq edilməsi bütün bu çatışmazlığın aradan qalxmasına köməklik göstərəvək. Qış vaxtı taksilərin baha xidmət göstərmələri hər kəsə bəllidir. Düzdür, qışda sürücülərin xərclərin də artdığını anlayırıq. Amma müşahidələr göstərir ki, bahalı taksi xidməti göstərən nəqliyyat vasitələrinin heç də hər biri mövsümə hazır olmayıb. Sürücü əziyyət çəkmədən qarlı günlərdə qiyməti bir neçə dəfə artırır. Eləcə də, taksi şirkətlərinin əksəriyyətində bayram günləri, günün pik saatlarında qiymətin süni şəkildə artırılmasını müşahidə edirik. Halbuki, həmin vaxt yolda heç bir tıxac olmur, amma onlar baha qiymətə xidmət göstərirlər”.

M.Ağayev vahid qiymətin rəqabət mühitini necə formalaşdıracağını da açıqladı: “Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan layihədə maksimum tarifin müəyyən edilməsi təklif edilib. Təklifimizdə şəhərin mərkəzi və digər ərazilərinə, həmçinin gecə-gündüz tarifləri fərqli olaraq göstərilib. Məsələn, şəhərin mərkəzində hər kilometr üçün maksimum qiymət 50 qəpik müəyyən ediləcək, taksi xidməti bundan yüksək qiymət müəyyən edə bilməyəcək. Bu tarifi tətbiq etməkdə məqsəd yalnız sərnişinlərə xidmət etmək deyil, sürücülərin də vəziyyətini nəzərə almaqdır”.

M.Ağayev hesab edir ki, qiymətə qədər vahid taksi xidmətinin bir çox mərhələləri var və əvvəlcə onlar həll edilməlidir: “Taksilər müəyyən edilmiş standartlara cavab verməli, onlarda taksometrlər quraşdırılmalıdır. Yalnız bundan sonra vahid tarifə keçiddən danışmaq olar”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm