Nəqliyyat
Nobel prospektində yeraltı piyada keçid istifadəyə verildi - - FOTO/VİDEO
"Ağ şəhər" avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində inşa edilən yeraltı piyada keçidin tikintisi yekunlaşıb.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, artıq vətəndaşlar keçiddən istifadə edə bilərlər.
Qurumdan bildirilib ki, keçidin ümumi uzunluğu 4 istiqamət üzrə giriş-çıxış hissələr də daxil olmaqla 280 metr, qalereyasının eni 8 m, hündürlüyü isə 3,2 metrdir. Keçidin giriş-çıxış hissəsinə 8 ədəd çöl şəraitində quraşdırılan eskalator qoyulub.
Keçidin içərisi bütövlükdə işıqlandırma sistemi ilə təchiz olunub, bundan əlavə sanitar və 2 mühafizə otaqları ilə təmin edilib.
Layihə çərçivəsində Nobel prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində dəmir yolla kəsişmə hissə ləğv olunub əvəzinə “Bulvar” otel istiqamətinə doğru olan müvəqqəti yol əsaslı şəkildə yenidən qurulub. Yolun uzunluğu 250 m, eni isə 45-100 metr arasında dəyişir.
Görülən işlər çərçivəsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri olan yerlərə 10 ədəd məlumatverici yol nişanı quraşdırılıb. Həmçinin 10 ədəd yeraltı kommunikasiya xətlərinin baxış qapaqları dəyişdirilib, səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün 13 ədəd yağış barmaqlıqlar qoyulub.
Ümumilikdə yola 6500 kvadratmetr və 2 qat olmaqla 15 sm qalınlığında asfalt-beton örtüyü salınıb, yol kənarlarına 900 p/m mərmər-qranit səki daşı, səkilərin üzərinə isə 4500 kvadratmetr tamet daşları düzülüb.
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO