Nəqliyyat
Sabahdan Bakıda yeni qadağa qüvvəyə minir - 40 AZN cərimə
Sabahdan IV İslam Həmrəyliyi Oyunları zamanı Bakıda "Oyunlar zolağı"nın tətbiq ediləcəyi küçələrdə hərəkətə qadağa qüvvəyə minir.
Publika.az baku.ws-ə istinadla xəbər verir ki, mayın 1-dən 25-dək bu zolaqlara ancaq IV İslam Həmrəyliyi Oyunları üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq.
"Oyunlar zolağı"nın əhatə etdiyi küçələr bunlardır: Neftçilər
prospekti, Dövlət Bayraq Meydanından başlayaraq Bakı İdman Sarayına
qədər olan ərazi, Ziya Bünyadov prospekti, Bakı Dairəvi Yolu,
Salyan şosesi, Bibiheybət yolu-1, Bibiheybət yolu-2, Neftçilər
prospekti, Qara Qarayev prospekti (bütün yol), Atatürk prospekti,
Fətəli xan Xoyski küçəsi, Vaqif prospekti, Hənifə Ələsgərov küçəsi,
Tbilisi prospekti, Əbdülvahab Salamzadə küçəsi və Böyükşor
şosesi.
Bu yollarda çəkilmiş xüsusi zolaqlara IV İslam Həmrəyliyi
Oyunlarına cəlb edilən nəqliyyat vasitələri istisna olmaqla, digər
nəqliyyat vasitələrinin girişinə qadağa qoyulacaq. Yalnız xüsusi
buraxılışı olan və müvafiq loqolarla işarələnmiş nəqliyyat
vasitələri bu zolaqlarda hərəkət edə biləcək. Bu zolaqlara daxil
olacaq digər nəqliyyat vasitələrinin sürücüləri inzibati
məsuliyyətə cəlb ediləcəklər və 40 manat məbləğində cərimə
olunacaqlar.
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik