Dəmiryol sistemi hakerlərin hücumuna məruz qaldı
Bizi izləyin

Nəqliyyat

Dəmiryol sistemi hakerlərin hücumuna məruz qaldı

45 min haker hücumu qeydə alınıb.

Almaniyada ölkənin aparıcı dəmiryol operatoru “Deutsche Bahn”ın kompüter sistemləri hakerlərin hücumuna məruz qalıb.

Publika.az xəbər verir ki, zərərverici proqram Frankfurt və Noyştadt şəhərlərinin vağzallarında monitorları sıradan çıxarıb.

Ötən gün 74 ölkədə müxtəlif təşkilatlara ümumilikdə 45 min haker hücumu qeydə alınıb. Kompüterlərin sistemlərini bloklayan, işin bərpası üçün Bitcoin kriptovalyutasında 600 dollar ödəniş tələb edən zərərverici “WannaCry” virusu ən çox Rusiya ərazisindəki serverlərə ziyan vurub. Məlumata əsasən, hakerlər ABŞ Milli Təhlükəsizlik Agentliyinin istifadə etdiyi casus proqram təminatından istifadə ediblər. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm