"Sovetski"dəki yeni yol niyə ƏYRİ ÇƏKİLİB? - FOTO/VİDEO
Bizi izləyin

Nəqliyyat

"Sovetski"dəki yeni yol niyə ƏYRİ ÇƏKİLİB? - FOTO/VİDEO

Paytaxtın Yasamal rayonunda keçmiş “Sovetski” adlanan ərazidə Mirzəağa Əliyev və Füzuli küçələrinin davamı olaraq yeni yol çəkilib. Hazırda Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması layihəsinin həyata keçirildiyi ərazi boyu son tamamlama işləri davam edir. Bu günlərdə istifadəyə verilən yolda diqqət çəkən məqam iki paralel avtomobil yolunun birindəki əyrilikdir.

“Azəravtoyol”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Publika.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

“O bildirib ki, yollardan birinin əyri olması bundan sonra ərazidə aparılacaq işlərlə bağlıdır. Layihənin birinci mərhələsinə ümumi uzunluğu 7 kilometrdən artıq 5 küçədə aparılan yenidənqurma işləri, ikinci mərhələsinə isə ərazidə yaşıllıqların, parkların, istirahət zonalarının salınması, sosial infrastrukturun yaradılması daxildir. Həmin yolun üzərində piyadalar üçün keçid, park salınacaq. Avtomobillər üçün əlavə tunel istifadəyə veriləcək. Ərazi yaşıllıqlarla əhatə ediləcək. Bu ayın sonuna qədər yolda təmir işləri başa çatacaq, sonrakı mərhələdə piyada keçidi və yaşıllıqların salınmasına başlanacaq. Salınacaq parkdan Təzəpir məscidinə birbaş yerüstü tunel olacaq. Həmçinin ərazidəki yeraltı keçidin Akademik Milli Dram Teatrının qarşısına çıxış olacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm