Sabah bu yolda nəqliyyatın hərəkəti məhdudlaşacaq
Bizi izləyin

Nəqliyyat

Sabah bu yolda nəqliyyatın hərəkəti məhdudlaşacaq

Biləcəri-Binəqədi avtomobil yolunda (4-cü qapı küçəsi) aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq iyun ayının 3-dən etibarən sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, hərəkətin qismən məhdudlaşdırılması bir-neçə gün ərzində Biləcəri-Binəqədi yolunun “Daş bazarı” adlanan ərazisində, 4 yolun kəsişməsində tətbiq ediləcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və qeyd olunan müddət ərzində sözügedən ərazidə sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etməkləri tövsiyyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm