Bu yollar bağlanır
Bizi izləyin

Nəqliyyat

Bu yollar bağlanır

Nərimanov prospekti və Abdulla Şaiq küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, məhdudiyyət Yasamal rayonu “Sovetski” ərazisinin yenidən qurulması layihəsi çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti üçün müvəqqəti açılan yollarda aparılacaq təmir işləri ilə əlaqədardır.

Məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə saxlanılacaq. İşlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulub.

Sürücülərdən təmir işləri bitənədək hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm