Daha bir marşrut avtobusunun hərəkət trayektoriyası dəyişdi
Bizi izləyin

Nəqliyyat

Daha bir marşrut avtobusunun hərəkət trayektoriyası dəyişdi

29 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, 29 nömrəli marşrut xətti üzrə avtobuslar 20 Yanvar küçəsi-Cavadxan küçəsi. H.Babaşov küçəsindən keçmədən Moskva prospekti ilə birbaşa “Beynəlxalq Avtovağzal” kompleksinə qədər hərəkət edəcək.

29 nömrəli marşrut üzrə avtobuslar hazırda Moskva pr.-20 Yanvar küç. istiqamətində hərəkət edir ki, həmin istiqamətdə də 156, 193 və 525 nömrəli marşrutlarla üst-üstə düşür və ümumilikdə göstərilən hissədə 42 ədəd müxətlif markalı (Daewoo, Otoyol) avtobuslar sərnişindaşıma xidməti yerinə yetirirlər. Məlum dəyişiklik 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində (“Şamaxinka” adlanan ərazidə) avtonəqliyyat vasitələrininin sayının azaldılaraq tıxacın qismən də olsa aradan qaldırılması, təkrarlanan marşrutların hərəkət istiqamətlərinin dəyişdirilməsi, o cümlədən “Beynəlxalq Avtovağzal” kompleksi və “Avtovağzal” metrostansiyası ilə Badamdar qəsəbəsinin əlaqələndirilməsi baxımından vacib hesab edilib. Qeyd edək ki, 10.06.2017 tarixindən sınaq məqsədi ilə 29 nömrəli marşrut üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm