Bakı Beynəlxalq Avtovağzalında yeni təyinat
Bizi izləyin

Nəqliyyat

Bakı Beynəlxalq Avtovağzalında yeni təyinat

Keçmiş polis zabitidir.

Jurnalist Yaşar İsakov Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri təyin edilib.

APA-nın məlumatına görə, Y. İsakov bundan əvvəl Ədliyyə Nazirliyi Penitensiar xidmətinin rəisinin mətbuat məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb.

Ondan öncə isə Y. İsakov “Press24.az” saytının, “Birja plyus”, “Yejenedelnik” qəzetlərinin, “Bona Mente” jurnalının, “News24.az” saytının baş redaktoru olub, məqalələri “Day.az”, “1News.az”, “Aznews.az” saytlarında, “Exo” və “Naş vek” qəzetlərində dərc olunub.

Qeyd edək ki, Y. İsakov keçmiş polis zabitidir. Uzun illər Daxili İşlər Nazirliyinin Polis Akademiyasında fəlsəfə, politologiya və sosiologiya fənlərini tədris edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm