“Formula 1” yarışları zamanı hansı dəyişikliklər olacaq?
Bizi izləyin

Nəqliyyat

“Formula 1” yarışları zamanı hansı dəyişikliklər olacaq?

“Baku City Tour” turistik avtobuslarının müvəqqəti fəaliyyəti dayandırılır.

“Formula 1” yarışları müddətində bəzi turistik avtobusların fəaliyyəti dayandırılacaq.

Bu barədə Publika.az-a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

12 iyun-5 iyul tarixlərində əsassən şəhər istiqamətindəki magistral yolların bağlanmasını nəzərə alaraq, “Baku City Tour” turistik avtobuslarının müvəqqəti fəaliyyəti dayandırılır.

Eyni zamanda, “Sprinter” turistik mikroavtobuslarla Bakı şəhər sakinləri, turist və qonaqlar üçün “Qobustan" Dövlət Tarixi-Bədii Qoruğu, “Atəşgah” Məbədi, Dövlət Tarixi-Memarlıq Qoruğu, “Yanardağ”, “Qala” Tarix Etnoqrafiya Qoruğuna ekskursiyalar təşkil ediləcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm