• USD 1,7000 0,00% EUR 1,9396 0,00%
    • GBP 2,1676 0,00% RUB 0,0272 0,00%

AZAL 918 milyona "Boeing 787-8 Dreamliner" alır

AZAL 918 milyona "Boeing 787-8 Dreamliner" alır

Bu gün "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Paris aviasalonunda təxminən 918 milyon dollar həcmində qiymətləndirilən dörd "Boeing 787-8 Dreamliner" təyyarəsi almaq niyyətini elan edib.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, təyyarələrin sifarişi və tədarük tarixləri barədə məlumat tamamilə təsdiqləndikdən sonra "Boeing" Korporasiyasının rəsmi saytında yerləşdiriləcək.

AZAL-ın Prezidenti Cahangir Əsgərov bildirib: "Yeni "787-Dreamliner" təyyarələrinin sifarişi barədə qərar "Azərbaycan Hava Yolları"na gələcək inkişaf üçün böyük imkanlar açır. Biz MDB məkanında aparıcı aviadaşıyıcılardan biri olaraq, müasir "Boeing 787" təyyarələrinin bizə təqdim etdiyi imkanlar sayəsində marşrut şəbəkəmizin genişləndirilməsini səbirsizliklə gözləyirik".

"Boeing" Korporasiyasının Yaxın Şərq, Türkiyə, Rusiya və Mərkəzi Asiyada satış məsələləri üzrə vitse-prezidenti Marti Bentrott bildirib ki, bugünkü saziş şirkətin Azərbaycan Hava Yolları ilə tərəfdaşlığında yeni səhifə açır: "Biz əminik ki, bazarda lider olan "B787-Dreamliner" sərnişin təyyarələrinin səmərəliliyi və rahatlığı AZAL-ın aviaparkının müasirləşdirilməsi planlarına müvəffəqiyyətlə kömək edəcək".

"Azərbaycan Hava Yolları" böyük aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2016-cı ildə "Azərbaycan Hava Yolları" 2 milyondan çox sərnişin daşıyıb.

AZAL 25 hava gəmisindən ibarət ən yeni təyyarə parkına malikdir. Hazırda aviaşirkətin donanmasına iki "Boeing 787-Dreamliner" təyyarəsi, həmçinin "Boeing 767" və "Boeing 757" təyyarələri daxildir.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR