Avtomobil yola 1250 manatlıq ziyan vurdu - FOTO
Bizi izləyin

Nəqliyyat

Avtomobil yola 1250 manatlıq ziyan vurdu - FOTO

Bu gün səhər saatlarında Ziya Bünyadov prospektində baş verən qəza zamanı yol təsərrüfatına ziyan dəyib.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, baş vermiş qəza zamanı ilkin hesablamalara görə, yol təsərrüfatına 1250 manat ziyan dəyib.

“Belə ki, BMW X5 markalı avtomobil Ziya Bünyadov prospekti ilə 20 yanvar dairəsi istiqamətində hərəkətdə olarkən Atatürk prospekti ilə kəsişmədə yerləşən yol ötürücüsünün kənarına çırpılıb. Nəticədə körpünün giriş hissəsinin bir hissəsi və üzlük daşları, mərmər lövhə, həmçinin 5 paqon-metr dəmir mühəccərləri dağılıb. Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm