Bakı-Sumqayıt yolunda VACİB YENİLİK
Bizi izləyin

Nəqliyyat

Bakı-Sumqayıt yolunda VACİB YENİLİK

Baki-Sumqayıt yolunun Masazırdan ken hissəsində - Abşeron Gənclər şəhərciyinə keçmək üçün yeni zolaq çəkilməklə ayırıcı kəsik yaradılıb.

Publika.az lent.az-a istinadən bildirir ki, Masazır körpüsündən sonra sağa yerdəyişmə üçün sürücülər üçün xüsusi zolaq təşkil edilib. Bundan sonra həmin şəhərciyə və oradakı digər yerlərə getmək istəyənlər Masazır dairəsinə enmədən körpünün üstündən keçib rahat gedə biləcəklər.

Mütəxəssislər bildirirlər ki, yenilik Masazır dairəsindəki xaosu xeyli sadələşdirəcək.

Qeyd edək ki, yoldakı yenilik sürücülərin "Azəravtoyol" ASC-yə müraciətindən sonra edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm