Bu yol 3 gün bağlı olacaq
Bizi izləyin

Nəqliyyat

Bu yol 3 gün bağlı olacaq

Sabunçu rayonu ərazisindəki Balaxanı-Binəqədi yolunda (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən qismən məhdudlaşdırılacaq.

Bu barədə Publika.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, məhdudiyyət yolda aparılacaq təmir işləri ilə əlaqədardır. Avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək - avqust ayının 11- nə kimi qüvvədə olacaq.

“Azəravtoyol” sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm