• USD 1,7000 0,00% EUR 1,9479 -0,36%
    • GBP 2,2135 -0,60% RUB 0,0259 0,00%

Avtomobilinə bu elanı yazanlar CƏRİMƏLƏNƏCƏK: 50-2000 manat

Avtomobilinə bu elanı yazanlar CƏRİMƏLƏNƏCƏK: 50-2000 manat

“Satılır” yazıb avtomobilinin pəncərəsinə yapışdıranları 2 min AZN məbləğində cərimə gözləyir.

Teleqraf.com xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev mətbuata açıqlaması zamanı deyib. O, avtomobilə yapışdırılmış “Satılır” vərəqəsinin kommersiya xarakterli olduğunu və bunun reklam sayıldığını bildirib. Lakin həmin avtomobilin adı və məxsus olduğu şirkətin loqosu reklam sayılmır:

“Avtomobillərdə reklam xarakterli informasiyasının yerləşdirilməsi qanunla ciddi tənzim olunur və bu qaydaları pozanlar cərimələnir. Avtomobil üzərində istənilən reklam xarakterli təsvirlər qanunla qadağan edilib. Reklam xarakterli informasiya olan təsvirlər üçün lazım olan sertifikatı almaq lazımdır. Avtomobilin şüşəsinə “Satılır” yazısı yapışdırmaq da reklamdır”.

O, həmçinin qeyd edib ki, bütün deyilənlər yeni qanunvericilikdə öz əksini tapıb. Onun sözlərinə görə, “Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi” qaydalarının pozulmasına görə, fiziki şəxslər üçün 50 manata qədər, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün isə 500-2000 manat cərimə müəyyən edilib.

“Digesta” hüquq firmasının direktoru Ərşad Hüseynov məsələni bu cür şərh edib:

“Bu məsələləri reklam haqqında qanun tənzimləyir. Mən bilmirəm, bu kimin ideyasıdır. Amma avtomobilə “Satılır” yazıb yapışdırmaq reklam deyil. Məxsusi bundan ötrü qanun dəyişməyə ehtiyac yoxdur”.

Qeyd edək ki, normalara əsasən, nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı, yaxud reklam agenti arasında bağlanılan müqavilə əsasında hazırlanır. Nəqliyyat vasitələrində reklam yaradıcılıq, dizayn, çap keyfiyyəti baxımından, görüntüyə maneə törətməyən texniki hədlər daxilində nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir.

Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsinə razılıq Daxili İşlər Nazirliyinin hazırladığı reklama dair texniki şərtlər pasportu əsasında DİN tərəfindən verilir. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Nəqliyyat vasitələrinin üzərində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə alınmalı, onun sahəsi reklam yerləşdiriliməsi üçün tətbiq edilən səthin 60 faizindən çox olmamalıdır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>