Yeni istifadəyə verilən yoldan SON GÖRÜNTÜLƏR - - VİDEO
Bizi izləyin

Nəqliyyat

Yeni istifadəyə verilən yoldan SON GÖRÜNTÜLƏR - - VİDEO

Avqustun 20-də açılışı olan Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun yeni görüntüləri yayılıb.

Publika.az xəbər verir ki, yolun tikintisinə Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən başlanılıb. Yol 5 min nəfər əhalinin yaşadığı 7 kəndi birləşdirir. Avtomobil yolu texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə inşa edilib. Ümumi uzunluğu 31 kilometr olan yol 4-cü texniki dərəcəyə aiddir. Yol iki hərəkət zolaqlıdır. Hərəkət hissəsinin eni 7 metrdir.

Şəmkir-Yeni Göyçə-Dağ Cəyir avtomobil yolunun istifadəyə verilməsi ümumilikdə rayonun sosial-iqtisadi inkişafına müsbət təsir edəcək, yük və sərnişin daşınmasının yaxşılaşmasına imkan yaradacaq.

Qeyd edək ki, yolun açılışında Prezident İlham Əliyev iştirak edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm