Azərbaycan yollarında İLK DƏFƏ - FOTOLAR
Bizi izləyin

Nəqliyyat

Azərbaycan yollarında İLK DƏFƏ - FOTOLAR

Azərbaycanda ilk dəfə olaraq magistral yolun kənarında xüsusi istirahət zonaları yaradılır.

“Azəravtoyol”ASC-dən Publika.az-a verilən məlumata görə, bu layihə yeni inşa edilən Ələt-Astara avtomobil yolunda gerçəkləşdirilir. Bu addımın atılmasında məqsəd yolun yeni trassa üzrə inşa edilməsi, kənarlarının bağlı olması və yaşayış məntəqələrindən demək olar ki, keçməməsidir.

Layihə üzrə müəyyən məsafələrdən bir bu cür istirahət zonalarının yaradılması nəzərdə tutulub. Artıq bununla bağlı olaraq yeni yol boyunca xüsusi ərazilər ayrılıb və məlumatverici lövhələr də quraşdırılıb. İstirahət zonalarında parkinq yerləri, yanacaqdoldurma məntəqəsi, kafe, istirahət üçün yerlər, tualet, market və sair iaşə obyektləri yerləşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm