Nəqliyyat
Bakıda yeni fırıldaq - Bələdiyyə avtobusu - - VİDEO
Üzərində heç bir marşrut nömrəsi olmayan mikroavtobus sərnişindaşımada istifadə olunur.
Publika.az xezerxeber.az-a istinadən bildirir
ki, avtobusların trafaretlərinə isə bələdiyyə avtobusları
yazılıb.
Avtobuslar Sulutəpə-Binəqədi qəsəbələri arasında sərnişinlərin
daşınmasına xidmət edir.
Sürücülər deyirlər ki, mikroavtobuslar Binəqədi qəsəbə
bələdiyyəsinə məxsusdur və buna görə də avtobusların üzərində bu
sözlər yazılıb. Sürücülər onu da bildirir ki, bu qəsəbələr arasında
ictimai nəqliyyat vasitəsi işləmir, bu avtobuslar isə elə
sakinlərin öz istəyi ilə xidmət göstərir.
Binəqədi qəsəbə bələdiyyəsi isə sürücülərin dediklərinin yalan
olduğunu dedi.
Bələdiyyədən bildirildi ki, həmin avtobuslar onlara aid deyil və
başqa bir şəxsə məxsusdur. O ki qaldı ''bələdiyyə avtobusu''
sözünün yazılmasına, bildirdilər ki, bu, vaxtilə bələdiyyənin öz
razılığı ilə olub. Ancaq indi həmin yazıların sahibkardan
çıxarılması istənilib.
Avtobusların sahibi Şahbaz Yaqubov isə bildirdi ki, avtobuslar ona
məxsusdur.
Bakı Nəqliyyat Agentliyindən bildirilir ki, həmin nəqliyyat
vasitəsi ilə sərnişin daşınması qaydalara ziddir və onların
fəaliyəti tamamilə qanunsuzdur. Bələdiyyə avtobusu adı altında bu
qanunsuz fəaliyyətin qarşısını almaq üçün Agentlik dəfələrlə rayon
İcra Hakimiyyətinə, qəsəbə bələdiyyəsinə və digər müvafiq qurumlara
müraciət edib. Lakin bu günə qədər həmin avtobusların qanunsuz
fəaliyyətinin qarşısı alınmayıb.
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ