Bakıda ötən il istifadəyə verilən YOL ÇÖKDÜ - İNANILMAZ GÖRÜNTÜ - FOTO/VİDEO
Bizi izləyin

Nəqliyyat

Bakıda ötən il istifadəyə verilən YOL ÇÖKDÜ - İNANILMAZ GÖRÜNTÜ - FOTO/VİDEO

Paytaxtın Nizami rayonunda yerləşən Mehdi Abbasov küçəsinin bir hissəsində çökmə qeydə alınıb.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Publika.az-a bildirib ki, yolda çökmənin baş verməsinin səbəbi kollektroun partlamasıdır: “Həmin yolda ötən il təmir aparılıb. Bu yolun altından keçən kollektorun istismar müddəti bitib. Biz təmir apararkən “Azərsu” ASC-yə bu barədə məlumat veririk. Onlar da kollektorları yoxlayırlar. Sadəcə fövqəladə vəziyyət baş verib. Əvvəldən kollektorun partlayacağına heç kim proqnoz verə bilməzdi”.

A.Nəcəfli hazırda yolda təmir işlərinə başlanıldığını deyib:

“Artıq “Azərsu” ASC və bizim əməkdaşlarımız hadisə yerindədir. Əvvəlcə orada kolletor dəyişdirilməlidir, sonra biz yolun təmirinə başlayacağıq. Lakin təmir işlərinin nə zaman başa çatacağını dəqiq demək çətindir”.

Hazırda yolda avtomobillərin hərəkətinin təhlükəli olduğunu deyən A.Nəcəfli, onların köməkçi yola yönləndirildiyini qeyd edib.

Sürücülər Bəkir Çobanzadə və Azər Manafov küçələrindən istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm