Bu hadisədən heç bir dövlət sığortalanmayıb - çökən yolla bağlı AÇIQLAMA
Bizi izləyin

Nəqliyyat

Bu hadisədən heç bir dövlət sığortalanmayıb - çökən yolla bağlı AÇIQLAMA

Ötən gün Nizami rayonu Mehdi Abbasov küçəsində yolun keyfiyyətsiz çəkilməsi səbəbindən çökməsi xəbərinə “Azəravtoyol” ASC aydınlıq gətirib.

Publika.az xəbər verir ki, qurumun sözçüsü Anar Nəcəflinin sözlərinə görə, sözgüdən küçə 50-60 il bundan öncə, həmin ərazidə yaşayış binaları inşa edilərkən salınıb.

“Yolun altından keçən kommunikasiyalar da (kanalizasiya kollektoru da daxil) yol infrastrukturu qurularkən quraşdırılıb. Yəni yol yeni deyil. Bu 50-60 il ərzində də təbii ki, o yolda müəyyən təmir işləri aparılıb. Ötən il də "Azəravtoyol" ASC tərəfindən həmin küçənin asfalt-beton örtüyünün üst qatı yenilənib. Qeyd etdiyim kimi sadəcə olaraq yenilənib. Yolun tikintisində hər hansı bir problem olsaydı bu yol 50-60 il ərzində azı 50-60 dəfə çökərdi.

50-60 il bundan öncə quraşdırılan kanalizasiya kollektoru artıq istismar müddətini başa vurduğu üçün dağılıb. Nəticədə kollektorla axan çirkab su yolun torpaq yatağını yumağa başlayıb. Qəzanın baş verdiyi yerdə torpaq yuyulduğundan asfalt altında boşluq yaranıb və asfalt çöküb. Bu nə yolun keyfiyyətsiz çəkilməsi ilə, nə də ki, yağışla əlaqədardır”.

A.Nəcəfli bəzi "yol mütəxəsisləri"nin hətta bunu asfalt örtüyünün nazik çəkilməsi ilə əlaqələndirməsinə də aydınlıq gətirib:

“Qeyd edim ki, həmin ərazidə asfalt örtüyü norma və standartlara uyğundur - 25-35 sm arası dəyişir qalınlıq.Yolda asfaltın qalınlığı hətta yarım metr də olsaydı yol yenə çökəcəkdi. Çünki asfaltı saxlayan torpaqdır o da yuyulub gedib. Boşluq yarandığından asfalt öz ağırlığı nəticəsində qırılıb.

Bu cür hadisələr hər yerdə baş verə bilər və baş verir də. İstər Amerikada, istər Avropada, istər Avstraliyada və sair. Bundan heç kəs, heç bir şəhər və ya dövlət sığortalanmayıb. Bu normal bir haldır və normal hal olaraq qəbul etmək lazımdır. Necə ki, Amerika, Avropa və Avstraliyada bunu normal olaraq qəbul edirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm