Nəqliyyat
Bu yollardan keçməyin

Bu gecə İstiqlaliyyət küçəsində və Neftçilər prospektində rənglənmə işləri ilə əlaqədar olaraq yolda hərəkət məhdudlaşdırılacaq.
"Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumatda bildirilib ki, avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.
“Bu gün axşam saat 22:00-dan etibarən Səbail rayonu, İstiqlaliyyət küçəsində, həmçinin 24:00-dan etibarən Neftçilər prospektinin Rəşid Behbudov küçəsi ilə kəsişmədən Yusif Səfərov küçəsi ilə kəsişməyədək olan hissəsində yeni üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən mədudlaşdırılacaq.Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq”.

-
Region22:08
İstanbulda yenə zəlzələ oldu
-
Kriminal21:07
Zərərçəkmiş şəxs Ermənistan ordusunun törətdiyi vəhşiliklərdən danışdı - MƏHKƏMƏ
-
Yaxın Şərq20:45
Suriyanın yeni bayrağı BMT-də dalğalandı
-
Dünya19:30
Putin Trampın nümayəndəsi ilə görüşdü
-
Ekologiya18:20
Ayın son beş günü hava necə olacaq? - Yağış, külək, dolu...
-
Rəsmi xronika17:37
İlham Əliyev üç sərəncam imzaladı
-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb