Nəqliyyat
“Azəravtoyol”: Yollarda təmirdən sonra kommunikasiya xətlərində yaranan problemə görə....
“Yollar, küçə və prospektlər yenidən qurulan zaman, hətta təmir işləri aparılmamışdan öncə yeraltı kommunikasiy axətlərinin çəkilişi ilə məşğul olan qurumlara mütləq şəkildə müraciət olunur”.
Publika.az xəbər verir ki, bu sözləri “Azəravtoyol”ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli son günlər istər sosial şəbəkələrdə, istəsə də bəzi xəbər saytlarında yolların, küçə və prospektlərin yenidən qurulması, bərpası zamanı işlərin digər aidiyyəti qurumlarla (yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlar) koordinasiyasız aparılması və nəticədə yollarda sonradan müəyyən problemlərin yaranması barədə yayılan məlumatları şərh edərkən bildirib.
“İşlərin aparıldığı yollarda həmin qurumların dəyişdirilməsi və ya yeni çəkilməsi lazım olan kommunikasiya xətləri varsa, bu işlər aparılır. Əgər sözügedən qurumlar orda hər-hansı bir işin aparılmasının zərurəti olmadığı barədə “Azəravtoyol” ASC-ə məlumat verirlərsə, o zaman bizim tərəfimizdən təmir işlərinə başlanılır.
İstənilən halda, təmir və ya yenidənqurma işlərindən sonra yollarda kommunikasiya xətləri ilə bağlı hər-hansı bir problem yaşanırsa, bunun məsuliyyəti birbaşa olaraq həmin xətlərə cavabdeh olan qurumların üzərinə düşür”.
-
MDB01:00
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI